...

Dünya ermənilərin saxta soyqırımı ittihamlarından təngə gəlib - Tarixçi alim (FOTO/VİDEO)

Siyasət Materials 26 Aprel 2022 14:12 (UTC +04:00)

Bakı. Trend:

“Hər il aprel ayında dünyada yaşayan ermənilər saxta və əsassız soyqırımı iddiaları ilə beynəlxalq aləmin diqqətini cəlb etməyə çalışırlar. Amma reallıq budur ki, artıq bütün dünya erməni yalanlarından təngə gəlib, ermənilərin saxta soyqırımı ittihamlarına məhəl qoyan yoxdur”.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində tarixçi alim, Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, ermənilər xüsusi hay-küy salmaqla artıq heç nəyə nail ola bilmir, çünki onların əsl simasını hamı tanıyır: "Əslində 24 apreldə nə baş verib? Osmanlı imperiyası ərazisində yaşayan, türk xalqının çörəyini yeyən nankor ermənilər türklərə xəyanət edib, dinc sakinlərə qarşı kütləvi soyqırımları həyata keçiriblər. Ermənilərin qətlə yetirilməsini təsdiq edən heç bir dəlil-sübut yoxdur. Türkiyə Respublikası neçə illərdir dünyaya bəyan edir ki, arxivləri açmağa, tarixçilərin araşdırma aparmasına şərait yaratmağa hazırıq. Amma təəssüf ki, dünyanın siyasi dairələri bu təklifə məhəl qoymur. Çünki böyük dövlətlərə sərf etmir. Onlar saxta erməni soyqırımı iddialarından siyasi alət kimi istifadə edir, bundan təzyiq vasitəsi kimi yararlanırlar. Amma bu cəhdlər əbəsdir”.

Tarixçi alim həmçinin bildirib ki, ermənilər saxta soyqırım ittihamları ilə dünyanın diqqətini Azərbaycan xalqına qarşı həyata keçirdikləri qətliamlardan yayındırmaq istəyirlər: “80-ci illərin sonları, 90-cı illərin əvvəllərində erməni terrorçuları Xocalıda, Başlıbeldə, Ağdabanda və digər ərazilərimizdə xalqımıza qarşı kütləvi soyqırımlar törədiblıər. Əsl soyqırımı budur. Əlimizdə kifayət qədər fakt, dəlil-sübut var. Amma dünya lal, kor, kardır. Bu təəssüf doğurur”.

Müsahibənin videovariantını təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti