...

Azərbaycan və BQXK arasında əməkdaşlığın 30 illiyi qeyd edilib (FOTO)

Siyasət Materials 14 May 2022 14:41 (UTC +04:00)
Azərbaycan və BQXK arasında əməkdaşlığın 30 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

13 may 2022-ci il tarixində Azərbaycan Respublikası və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlığın 30 illiyinə dair tədbir keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbridə BQXK-nin ölkəmizdəki nümayəndəsi Arian Bauer, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz klasterinin rəhbəri Davron Muxamadiyev çıxış ediblər.

Nazir müavini M.Məmməd-Quliyev çıxışında 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkəmizin post-münaqişə dövrünə qədəm qoyduğunu, münaqişənin humanitar nəticlərinin aradan qaldırılmasının, xüsusilə itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə tapılmış kütləvi məzarlardakı insan qalıqlarının şəxsiyyətinin identifikasiyası və mina təhlükəsi barədə məlumatlandırmanın BQXK ilə əməkdaşlıqda vacib istiqamətlər olaraq qaldığını vurğulayıb. O, bu əməkdaşlığın bundan sonra da xalqımızın maraqları, BQXK-nin humanitar mandatı və ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti