...

Milli Məclisin birgə komitələrinin Şuşada iclası keçiriləcək

Siyasət Materials 18 May 2022 16:21 (UTC +04:00)
Milli Məclisin birgə komitələrinin Şuşada iclası keçiriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 21-də Milli Məclisin Şuşada birgə komitələrinin iclası keçiriləcək.

Trend-in məlumatına görə, Gənclər və idman, həmçinin Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclasında iki məsələ müzakirə ediləcək.

Belə ki, deputatlar Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi və Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları məsələlərini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti