...

Sabiq icra başçısı Saleh Rüstəmli əfv edildi

Siyasət Materials 27 May 2022 18:47 (UTC +04:00)
Sabiq icra başçısı Saleh Rüstəmli əfv edildi

Bakı. Trend:

Həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli əfv edilib.

Trend xəbər verir ki, onun adı Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamında yer alıb.

Xatırladaq ki, uzun müddət Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti