...

Azərbaycan Malayziya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışır - Səfir

Siyasət Materials 28 May 2022 10:14 (UTC +04:00)
Azərbaycan Malayziya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışır - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Malayziya ilə ticarət, investisiyalar və turizm kimi sektorlarda iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Malayziyadakı səfiri 28 May - Müstəqillik Günü ilə əlaqədar Kuala-Lumpurda təşkil olunmuş qəbul zamanı deyib.

Səfir bildirib ki, həm Malayziya, həm də Azərbaycan ticarət və digər sahələrdə istifadə olunmamış potensiala malikdir.

"Malayziya Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir və müstəqilliyimizi ilk tanıyan ölkələrdən olub. Biz BMT çərçivəsində, onun xüsusi təşkilatlarında, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq edirik", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti