Bakı. Trend:
2022-ci ilin hazırlıq planına uyğun olaraq, N nömrəli topoqrafiya hərbi hissəsində döyüş hazırlığı yoxlanılıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə şəxsi heyətin xidməti, elektron xəritələrin yoxlanılması və ərazi maketinin hazırlanması otaqlarına, eləcə də topoqrafik xəritələrin saxlanclarına baxış keçirilib.
Daha sonra şəxsi heyətin iştirakı ilə ərazidə səmtləşmə, Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir avadanlıq və proqram təminatından istifadə etməklə topogeodeziya təminatı üzrə tapşırıqlar praktiki icra olunub.
Şəxsi heyətin nəzəri bilikləri və praktiki bacarıqları
yoxlanılıb, qiymətləndirmə aparılıb.
Görülən tədbirlərin əsas məqsədi topoqrafiya ixtisaslı hərbi
qulluqçuların bilik və bacarıqlarını təkmilləşdirmək, hərbi
topoqrafiya ixtisasını müasir tələblər səviyyəsində təşkil etmək,
habelə topogeodeziya təminatı tapşırıqlarını operativ şəkildə
yerinə yetirməkdir.