...

Bakı Konfransı Azərbaycanın qlobal sülhə və digər məsələlərə verdiyi töhfənin göstəricisidir - TÜRKPA Baş Katibi (ÖZƏL)

Siyasət Materials 30 İyun 2022 10:26 (UTC +04:00)
Bakı Konfransı Azərbaycanın qlobal sülhə və digər məsələlərə verdiyi töhfənin göstəricisidir - TÜRKPA Baş Katibi (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı hər istiqamətdə çox mühim əhəmiyyət kəsb edir.

Bunu Trend-ə açıqlamasında TÜRKPA Baş Katibi Mehmet Süreyya Er deyib.

O qeyd edib ki, keçən il Madriddə keçirilən iclasda Azərbaycanın təklifi ilə Qoşulmama Hərəkatı çərçivəsində parlament şəbəkəsi təsis edildi.

“Bu təklifin qəbul edilməsi, eyni zamanda Azərbaycanın sədrliyinin daha da uzadılması Azərbaycana, dövlət başçısı İlham Əliyevin liderliyinə göstərilən hörmətin nişanəsidir. TÜRKPA-nın həqiqi üzvü olan Azərbaycanın bu təklifi ilə yeni bir mərhələyə girməsi, parlamentlərarası əməkdaşlığın fərqli bir səviyyəyə yüksəlməsi bizim üçün də əhəmiyyətlidir. Keçirilən bu konfransın əsas mövzusu qlobal sülhdür. Konfransın Bakıda keçirilməsi Azərbaycanın qlobal sülhə və digər məsələlərə verdiyi töhfənin göstəricisidir” - deyə M.S. Er bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti