...

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir (FOTO)

Siyasət Materials 16 İyul 2022 11:40 (UTC +04:00)
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti