...

Avropa Parlamentinin ritorikası Avropa İttifaqının strateji xətti ilə uyğunsuzluq təşkil edir - ŞƏRH

Siyasət Materials 20 İyul 2022 16:53 (UTC +04:00)
Avropa Parlamentinin ritorikası Avropa İttifaqının strateji xətti ilə uyğunsuzluq təşkil edir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən haqlı olaraq bəzi avroparlamentarilərin uzun illərdir anti-Azərbaycan mövqeyində dayanmasını tutarlı arqumentlərlə tənqid etdi. Avropa Partlamentinin ritorikası Avropa İttifaqının müəyyən etdiyi strateji xətlə uyğunsuzluq təşkil edir.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

O qeyd edib ki, əvvəla bir məqama aydınlıq gətirmək lazımdır ki, ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətləri çox yüksək səviyyədə inkişaf edib.

“Həm iqtisadi, həm də siyasi məsələlərdə Aİ artıq Azərbaycanın strateji tərəfdaşı kimi çıxış edir. Hər iki tərəf bu əlaqələrin daha da dərinləşməsi naminə ciddi səylər nümayiş etdirir. Lakin təəssüflər olsun ki, Aİ-nin strukturlarından biri olan Avropa Parlamenti bir çox hallarda bu mütərəqqi prosesi sabotaj etməyə çalışır. Təşkilatın sıralarında cəmləşmiş bir sıra deputatlar erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qərəzli və qarayaxma mahiyyəti daşıyan qətnamələrin qəbul edilməsinə nail olurlar. Artıq uzun illərdir bu proses davam edir və ən son olaraq, 44 günlük Vətən müharibəsindən sonra guya erməni mədəni irsinin dağıdılmasına istinad etməklə ölkəmizə qarşı qərəzli bir sənəd qəbul etmişdilər.

Dövlətimizin başçısı bu məqama vurğu etməklə, əlavə olaraq mühüm bir faktı ortaya qoydu ki, müharibə bitəndən sonra xarici ölkə səfirliklərinin nümayəndələrinin, siyasətçilərin, Avropanın bəzi ölkələrinin parlament sədrlərinin, xarici jurnalistlərin azad olunmuş torpaqlarımıza çoxsaylı səfərləri təşkil olunub.
Və onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar. Heç bir xarici nümayəndə orada hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Bu, baş vermiş hadisənin faklarla vizual olaraq təqdimatı idi.

Prezident İlham Əliyev bu nüansa diqqət çəkməklə Avropa Parlamentinin saxtakar mahiyyətini ifşa etdi”, - deyə politoloq bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Avropa Parlamentinin ermənipərəst fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər Azərbaycan xalqının mütləq əksəriyyətinin baxışlarını əks etdirir.

“Çünki bu təşkilat faktiki olaraq, Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək məqsədinə xidmət edir. Hətta bir çox hallarda Ermənistan Parlamentindən daha aqressiv mövqeyi ilə seçilir. Bu ritorika isə son dərəcə zərərlidir və Avropa İttifaqının müəyyən etdiyi strateji xətlə uyğunsuzluq təşkil edir. Biz Avropa ilə münasibətlərimizi daha da dərinləşdirmək istəyirik və AP-nin erməni lobbisinin təsiri altında fəaliyyət göstərən deputatları başa düşməlidir ki, Avropanı Azərbaycandan və Azərbaycanı isə Avropadan təcrid etmək mümkün deyil. Çünki ortada hər iki tərəfin praqmatik maraqları mövcuddur”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti