...

Gürcüstanda ABŞ, Yaponiya və digər ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək

Siyasət Materials 24 Avqust 2022 05:19 (UTC +04:00)
Gürcüstanda ABŞ, Yaponiya və digər ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstanda "Noble Partner 2022" çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edəcək.

Trend-in məlumatına görə, bu təlimlər Gürcüstanda altıncı dəfə keçiriləcək, 2015-ci ildən keçirilir.

Nazirlikdən bildirilib ki, ilk dəfə olaraq Yaponiya və İsveç hərbçiləri bu təlimlərdə iştirak edəcəklər.

Təlimlərdə Gürcüstan və Amerika hərbçiləri, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa və Litva iştirak edəcək.

Təlimlərin başlama tarixi açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti