...

UNESCO erməni vandallığına hələ də susur - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)

Siyasət Materials 18 Oktyabr 2022 11:42 (UTC +04:00)
UNESCO erməni vandallığına hələ də susur - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan ölkədə olan bütün dinlərə aid abidələrə və qəbirlərə böyük hörmətlə yanaşır və onları mühafizə edir, bütün dünya buna şahiddir. UNESCO-nun reaksiyasından isə belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr, o cümlədən qəbirlər qorunmalı olduğu halda UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir.

Trend-in məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Ermənilərin Azərbaycanlılara məxsus qəbirlərə qarşı vandallığı, bu cinayət aktları qarşısında UNESCO-nun susqunluğu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Elxan Şıxəliyev - hərbi ekspert, Nağı Əhmədov - BMTM-in nümayəndəsi, Aydın Quliyev - siyasi şərhçi və Şikar Qasımov - tarixçi, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=sDzlPAhkLqA&feature=youtu.be&ab_channel=AZTV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti