...

Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq - Fəzail Ağamalı

Siyasət Materials 2 Dekabr 2022 12:28 (UTC +04:00)
Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq - Fəzail Ağamalı

Bakı. Trend:

Azərbaycan Laçın yolunda öz postunu yaratmalıdır.

Trend xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin.

“Onlar bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvzəində isə Azərbaycana silahlar gəlir. Bunu edənlər kimdir? Erməni speratçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr. Əslində onlar sülhməramlı deyil, onlar erməniyanlı, ermənipərəst qüvvələrdir. Biz heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq. Mətbuatdan bəlli olur ki, İrandan dünən 14 nəfər şəxsiyyəti, əməli, niyyəti olan olmayan şəxslər gəlib Xankəndinə. Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bunlar nəyə görə gəliblər?”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti