...

Bakı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirir - Ceyhun Bayramov (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Dekabr 2022 15:34 (UTC +04:00)
Bakı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirir - Ceyhun Bayramov (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Rəsmi Bakı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

"Bu baxımdan, hesab edirik ki, ən mühüm element üçtərəfli bəyanatların tam və vicdanla yerinə yetirilməsidir. Təəssüflə qeyd etməliyik ki, üçtərəfli bəyanatın bir sıra fundamental müddəaları hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Qeyd etmək istərdim ki, üçtərəfli bəyanatda nəzərdə tutulsa da, erməni hərbi birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb”, - Nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti