...

Tehranın hücumla bağlı “ağ yalanı” – Məişət problemi olan iranlı Azərbaycan səfirliyinə niyə hücum etsin?

Siyasət Materials 27 Yanvar 2023 13:52 (UTC +04:00)
Tehranın hücumla bağlı “ağ yalanı” – Məişət problemi olan iranlı Azərbaycan səfirliyinə niyə hücum etsin?
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

İran hakimiyyəti səfirliyimizə hücumla bağlı məsələnin dərindən araşdırılmasından boyun qaçırmağa çalışır. Bunu İran rəsmilərinin açıqlamalarından hiss etmək olur.

Rəsmi Tehran iddia edir ki, hadisə məişət zəmnində baş verib, hücum edən Yasin Hüseynzadənin şəxsi problemləri olub. Hadisəyə məişət səviyyəsində baş vermiş insident donu geyindirmək üçün silahlı şəxsin səfirliyə uşaqla gəlməsini xüsusi qabardırlar.

Maraqlıdır ki, məişət problemləri olan İran vətəndaşı niyə öz ölkəsinin rəsmi strukturlarına hücum etmək əvəzinə Azərbaycan səfirliyini hədəf alır? İran vətəndaşının məişət probleminin səbəbkarı Azərbaycan və ya azərbaycanlı diplomatlardır?

Təbii ki, xeyr.

İran tərəfinin bu tipli gülünc iddiaları göstərir ki, rəsmi Tehran məsələnin dərindən araşdırılmasında maraqlı deyil.

Qeyd edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin etməlidir.

Görünür, İran hakimiyyəti Azərbaycan səfirliyinin mühafizəsini düzgün təşkil etməyib və ya hücum anında mühafizənin yaxşı təşkilində, terror aktının qarşısını almaqda maraqlı olmayıb.

Görüntülərdən aydın olur ki, Tehran polisi hadisənin baş verməməsi üçün heçnə etmir.

Hadisənin daha böyük faciəyəyə səbəb olmasının qarşısını Azərbaycan səfirliyinin mühafizəsi alıb. Əgər mühafizə əməkdaşı hücum edənin qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi. Hadisə anın videosundan da görünür ki, hücum edən şəxs ciddi hazırlaşıb və səfirliyə böyük qətliam törətmək üçün daxil olub.

Təbii ki, onun səfirliyə hazırlıqlı vəziyyətdə gəlməsi İran xüsusi xidmət orqanlarını ciddi məsuliyyət altında qoyur.

Digər tərəfdən hücumu həyata keçirən İran vətəndaşının İranın xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğuna ciddi şübhələr var. Çox ehtimal ki, Tehran ona görə hadisəni “şəxsi hesablaşma” kimi təqdim edir.

Tarixi faktlar göstərir ki, bu xarici ölkələrin İrandakı səfirliklərinə ilk hücum deyil. Bundan əvvəl də səfirliklərə, konsulluqlara, beynəlxalq nümayındəliklərə, xarici vətəndaşlarla hücum edilməsi ilə bağlı faktlar var.

Aydın olur ki, İranda heç bir dövlətin səfirliyi təhlükəsiz deyil. Çünki İran hakimiyyəti terrora dəstək verən dövlətlərdən biridir. Bu isə Tehranın istədiyi vaxt maraqlarının toqquşduğu ölkəyə qarşı hücum həyata keçirməsinə münbit şərait yaradır.

Azərbaycan tərəfi ümid edir ki, İran hakimiyyəti bu terror aktını operativ araşdıracaq. Amma rəsmi Tehranın davranışlarından görünür ki, İran məsələnin üstünə çox getməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti