Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi martın 9-11-də keçiriləcək X Qlobal Bakı Forumu ilə paralel olaraq “Heydər Əliyev 100 il: həyat və irs” mövzusunda beynəlxalq konfrans keçirəcək.
Trend xəbər verir ki, tədbirdə keçmiş prezidentlər Vayra Vike-Freyberqa (Latviya), Emil Konstantinesku (Rumıniya), Petr Luçinçi (Moldova), Petr Stoyanov (Bolqarıstan), Viktor Yuşşenko (Ukrayna), George Marqvelaşvili (Gürcüstan), Boris Tadiç (Serbiya), Kolinda Qrabar Kitaroviç (Xorvatiya), Rosen Plevneliyev (Bolqarıstan), Valdis Zatlers (Latviya), həmçinin, Ekmələddin İhsanoğlu (İƏT-in keçmiş baş katibi), Hikmət Çətin (Türkiyənin keçmiş xarici işlər naziri) və s. iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 29-da 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi haqqında sərəncam imzalayıb.