...

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib

Siyasət Materials 18 Fevral 2023 22:42 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib

Bakı. Trend:

Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışında deyib.

“Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Baş nazir Qaribaşvili qeyd etdi ki, 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiyalar tətbiq edilməyib. Amma mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti