...

Fazil Mustafaya atılan güllə hər birimizə atılıb - Elşən Musayev

Siyasət Materials 29 Mart 2023 11:02 (UTC +04:00)
Fazil Mustafaya atılan güllə hər birimizə atılıb - Elşən Musayev

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilmiş terror aktını şiddətlə qınayıram və ona uzanan əllərin, atılan güllələrin əslində hər birimizə uzandığını, atıldığını düşünürəm.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O bildirib ki, yaramaz qüvvələr, yaramaz niyyətlər hər zaman olub və oxşar hadisələrdən tam sığortalanmaq həqiqətən mümkün deyil.

“Fəqət, həmin yaramaz qüvvələr bilsinlər və agah olsunlar ki, bu cür terrorlarla Azərbaycan dövlətinin sütununu sarsıda, sabitliyimizə kölgə sala bilməyəcəklər. Heç bir halda!

Fazil bəy cəsur insandır, əsl dövlət adamıdır, vətənini sevən biridir. Bu səbəbdən də hədəf kimi seçilib. Məqsəd isə onu öldürmək olub. Amma məkrli qüvvələr niyyətlərinə, arzularına çata bilmədilər. Tanrı dəyərli qardaşımızı, dostumuzu qorudu. Mən eyni zamanda Azərbaycanımızın peşəkar həkimlərinə çox minnətdaram. Onlar Fazil Mustafanın yaşaması üçün əllərindən gələni etdilər və buna nail oldular.

Tam əminəm ki, qısa bir müddətdə cinayətkar həbs ediləcək və bütün təfsilatlar da o zaman məlum olacaq. Allah Fazil bəyin köməyi olsun. Tez bir zamanda sağalsın və sıralarımıza dönsün”, - deyə deputat əlavə edib.

Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti