...

Netanyahu Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib (FOTO)

Siyasət Materials 29 Mart 2023 22:16 (UTC +04:00)
Netanyahu Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib (FOTO)

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin Twitter səhifəsindəki paylaşımda deyilir.

"Baş nazir Binyamin Netanyahu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu Azərbaycanın İsraildə səfirliyinin açılması və ölkəsinin İsrailə ilk səfirinin təyin olunması münasibətilə təbrik edib", - deyə paylaşımda bildirilir.

Qeyd olunur ki, görüş zamanı B.Netanyahu iki ölkə arasındakı sıx əlaqələri yüksək qiymətləndirib. Tərəflər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə həmçinin regional təhlükəsizliyə ümumi çağırışlar və İranın regional sabitliyə yaratdığı təhlükə də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti