...

Türkiyə və Azərbaycan həm pis həm də yaxşı günlərdə bir-birinin yanındadır - Rəşad Mahmudov

Siyasət Materials 13 Aprel 2023 14:15 (UTC +04:00)
Türkiyə və Azərbaycan həm pis həm də yaxşı günlərdə bir-birinin yanındadır - Rəşad Mahmudov

Kahramanmaraş. Trend:

Bu gün Kahramanmaraşda qardaşlarımızın yanında olmaq qürur hissi yaşatdığı kimi bir yandan da bu dəhşətli fəlakəti canlı gördükdə adam dəhşətə gəlir.

Bunu Türkiyənin Kahramanmaraş şəhərində Trend-ə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə uzun illərdir ki, Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və Türkiyən dövlət başçısı, Ədalət və Kalkınma Partiyasının sədri cənab Rəcəp Tayyib Ərdoğanın münasibətlərindən doğan, xalqlarımızın uzun tarixdən gələn bir öhdəliyimiz var.

“Türkiyə və Azərbaycan həm pis həm də yaxşı günlərdə bir-birinin yanındadır. Bu qardaşlı dünya ölkələrinə nümunədir. Biz bu gün Kahramanmaraşda bir neçə önəmli görüşlər keçirtdik. Azərbaycan dövlətinin, millətinin yardımını hər bir zəlzələdən əziyyət çəkən vətəndaş minnətdarlıq hissi ilə ifadə edir. Biz inanırıq ki, bu yaralar sağalacaq. Bu ruhu biz artıq gördük.

Ən əsası da cəmiyyət öz dövlətindən çox razıdır.

Xüsusən cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünyanın fəlakəti olmasına baxmayaraq bir çox işlər görülüb. Bir il müddətində artıq evsiz qalan vətəndaşlar evlə təmin ediləcək. Aydın görünür ki, türk vətəndaşı dünyada olan reallıqlar içərisində bir lider kimi cənab Rəcəb Tayyib Ərdoğanı görür.

Düşünürəm ki, növbəti ay Yeni Azərbaycan Partiyası olaraq Rəcəb Tayyib Ərdoğanın qələbəsini qeyd edəcəyik”,- deyə R. Mahmudov qeyd edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) tövsiyəsi ilə partiyadan olan millət vəkilləri və üzvlərin Türkiyənin Kahramanmaraş şəhərinə səfəri təşkil olunub. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin, ziyarətlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti