...

Prezident İlham Əliyev zəlzələdən sonra Türkiyəyə daim dəstək oldu - Rəcəb Tayyib Ərdoğan

Siyasət Materials 29 Aprel 2023 13:36 (UTC +04:00)
Prezident İlham Əliyev zəlzələdən sonra Türkiyəyə daim dəstək oldu - Rəcəb Tayyib Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş verən zəlzələdən sonra bizi heç tək qoymadı, daim dəstək oldu.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Teknofest" festivalında çıxışı zamanı deyib.

"İlk andan etibarən Azərbaycandan axtarış-xilasetmə heyəti Türkiyəyə gəldi. Zəlzələ baş verən bölgələrdə məktəb, məscid və bir çox binaların tikintisinə başlamaqla orada kiçik Azərbaycan inşa etməyə qərar verdilər", - deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti