...

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını sürətləndirmək lazımdır - İlham Məmmədzadə "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Siyasət Materials 5 İyun 2023 14:17 (UTC +04:00)
Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını sürətləndirmək lazımdır - İlham Məmmədzadə "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Verilişin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə olub.

Verilişdə Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.

İ.Məmmədzadənin dediyi kimi, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası sürətləndirilməlidir.

"Onların dünyanın müxtəlif hissələrində yaşayan ermənilər tərəfindən manipulyasiya edilməsi elə özü-özlərinə zərbədir. Bu manipulyasiyalar davam edəcək. Reinteqrasiya uzunmüddətli prosesdir, həm də qaçılmazdır. Ölkəmiz dialoqda maraqlıdır, Azərbaycan qarşılıqlı anlaşmaya çağırır. Düşünürəm ki, Qarabağ ermənilərinin bir hissəsi bizi eşidəcək", - deyə o qeyd edib.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti