...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 13 İyun 2023 11:34 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Trend xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti