...

Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir - Fransa və İran niyə qərəz göstərir?

Siyasət Materials 5 İyul 2023 12:04 (UTC +04:00)
Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir - Fransa və İran niyə qərəz göstərir?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Bu məsələlər arasında Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı bir daha Ermənistanın bu dəhlizin açılmasına mane olduğunu görüş iştirakçılarının nəzərinə çatdırdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydin Hüseynov deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra Azərbaycanın qarşısında duran ən önəmli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır.

“Bu dəlizin açılmasında maraqlı tərəf təkcə biz deyilik, həm də Türkiyə, Rusiya və Avropa İttifaqı dəhlizin açılmasını istəyir. Əlbəttə bu layihəhə qarşı çıxanlar da var. Məlumdur ki, bu layihəyə qarşı çıxan ölkələr Ermənistandan qabaq İran və Fransadır. Lakin onlar başa düşməlidir ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, regionun bütün ölkələri üçün yalnız xeyir verə bilər.

Buna qarşı çıxmağın, layihəyə əngəl törətməyin arxasında yalnız qərəz dayana bilər. Əminliklə demək olar ki, Zəngəzur dəhlizinin inşasına qarşı duranlar şər qüvvələrdir. Regionda sülhün əldə edilməsini istəməyənlər həm də Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən, lakin İrəvanın destruktiv, təxribatçı əməlləri sayəsində hələ də dalana dirənən sülhün əlehdarlarıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün dərin sosial böhran içərisində çabalayan Ermənistan özü də Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır. “Ermənistanda hələ də bunu tam dərk etməsələr də dəhlizin açılması Ermənistanın da iqtisadiyyatına müsbət təsirini göstərəcək. Lakin Ermənistan öz gələcəyini düşünmək əvəzinə qeyri-konstruktiv mövqe nümayiş etdirərək dəhlizin açılmasına mane olur.

Lakin Ermənistan bir şeyi unudur ki, bu dəhlizin açılması eyni zamanda onun öhdəliyidir. Cənab Prezident bununla bağlı çox dəqiq fikir bildirdi. Dövlət başçısı qeyd etdi ki, Zəngəzur dəhlizi Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktı ilə üzərinə götürdüyü digər öhdəlikdir və buna görə də yerinə yetirilməlidir.

Düşünürəm ki, Ermənistan tərəfi bu mesajdan nəticə çıxarmalı, öz öhdəliklərini yenidən nəzərdən keçirməli və dəhlizin açılmasına mane törətməkdən əl çəkməlidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti