...

İrəvanın yalanı üz qızardır - Paşinyanın "hərbçi" oyunu sonunu yaxınlaşıdırır

Siyasət Materials 7 İyul 2023 18:03 (UTC +04:00)
İrəvanın yalanı üz qızardır - Paşinyanın "hərbçi" oyunu sonunu yaxınlaşıdırır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan 2020-ci il 10 noyabr tarixli bəyanatını kobud şəkildə pozaraq hələ də Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı dəstələr, terror qruplaşmaları saxlayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, bu qanusuz silahlı qruplaşmalar Azərbaycana qarşı mütəmadi təxribatlar törədir. “Ermənistana aid qanunsuz silahlı birləşmələrin bu təxribatları törətməsi heç kimə sirr deyil. Elə bu yaxınlarda Azərbaycan ordusunu keçirdiyi "Qisas 2" əməliyyatı zamanı məhv edilən 5 ermənidən İrəvana göndərilən ikisinin meyiti Ermənistan ordusuna aid idi. Əgər onlar Ermənistan ordusunun hərbçiləri deyildisə, niyə o zaman Ermənistan onu qəbul etdi?

Ortada bu kimi faktlar olsada Paşinyan utanmadan Qarabağ ərazisində Ermənistanın qanunsuz silahlı dəstələrinin olmadığını iddia edir, lakin bu günə kimi ölmüş 2 hərbçinin Ermənistan vətəndaşı olmamasına dair heç bir sübut ortaya qoya bilməyiblər”, - deyə o qeyd edib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bununla bağlı məsələyə aydınlıq gətirdi və Ermənistana və onun havadarlarına ciddi mesaj verdi.

“Dövlət başçısı bildirdi ki, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir.Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır”.

Deputat qeyd edib ki, Paşinyanın Qarabağda Ermənistanın qanunsuz hərbi birləşmələrinin olmadığını iddia etməsi gülünc görünür və ciddi siyasətçiyə yaraşmayan bir davranışdır. “Yaxşı olardı ki, Paşinyan belə yalanlar uydurmaq əvəzinə qanunsuz əməllərinə son qoyaraq Ermənistana məxsus hərbi birləşmələri Qarabağ ərazisindən çıxarsın çünki zaman Ermənistanın əleyhinə işlər və Azərbaycan Qarabağda Ermənistana məxsus qanunsuz hərbi birləşmələrinin uzun müddət mövcudluğuna səbr göstərmək niyyətində deyil, öz ərazilərini qanunsuz hərbi birləşmələrdən təmizləmək hüququna və gücünə malikdir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti