...

Azərbaycan iqtisadi sahədə böyük nailiyyətlər əldə edib

Siyasət Materials 8 Avqust 2023 17:52 (UTC +04:00)
Azərbaycan iqtisadi sahədə böyük nailiyyətlər əldə edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev daim regionların inkişafına böyük diqqət yetirir. Dövlət başçısının ötən gün Bərdə, Samux, Şəmkir və Qazaxa səfəri və bir sıra obyektlərin açılışında iştirakı regionların inkişafına göstərdiyi diqqətin daha bir bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları Prezident İlham Əliyevin müəllifi olduğu və çox uğurla həyata keçirilən mükəmməl iqtisadi strategiyadır.

A.Hüseynov əlavə edib ki, həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində son illərdə ölkənin sənaye xəritəsi paytaxt Bakıdan, digər iri şəhərlərdən regionlara doğru genişlənir.

“Respublikamızda regionların inkişafı, bölgələrdə yaşayan insanların güzəranının, həyat səviyyəsinin yaxşılaşdırılması, yeni müəssisələrin və iş yerlərinin açılması, fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının artırılması dövlət siyasətinin prioritetləri kimi müəyyənləşdirilib.

Qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsi - bütün ölkə boyu tarazlı inkişafın təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində genişmiqyaslı tədbirlər reallaşdırılır.

Bölgələrin investisiya təminatının gücləndirilməsi, müasir infrastruktur quruculuğu, aqrar sektorda yeni yanaşmaların tətbiqi, gəlirli və əmək tutumu böyük olan sahələrin inkişafının təşviq edilməsi, fermerlərə maddi və siyasi dəstək tədbirlərinin artırılması belə tədbirlərdəndir”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi böyük nailiyyətlərin əsasında Prezident İlham Əliyevin müəllifi olduğu mükəmməl dövlət proqramları və eyni zamanda, bu proqramların, görülən işlərin və nəticələrin dövlət başçısı tərəfindən daim nəzarətdə saxlanması dayanır.

“Bu baxımdan Prezident İlham Əliyevin regionlara mütəmadi hal alan səfərlərinin önəmini xüsusi qeyd etmək lazımdır”, - deyə A.Hüseynov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti