Bakı. Trend:
Polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, 49 yaşlı Zaur Zeynalov 1-ci Qarabağ müharibəsi, həmçinin Vətən müharibəsi iştirakçısıdır. Əvvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi hissəsində komandir olub. Hazırda DSX-də Baş İdarə rəisi vəzifəsini icra edir.