...

Qarabağda qondarma “seçkilər” Azərbaycanın ərazi bütövlüyünün pozulması cəhdidir - Aydın Hüseynov

Siyasət Materials 9 Sentyabr 2023 18:18 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağ ərazisində separatçı rejimin qondarma “prezident seçkiləri” keçirməsi qəbuledilməzdir və regionda gərginliyin artırılmasına, yeni eskalasiyaya zəmin yaradır.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və bu gün ərazilərimizdə qondarma “seçkilər”in keçirilməsi ərazi bütövlüyün pozulması cəhdidir.

“Buna görə yaranan gərginliyin və baş verə biləcək yeni eskalasiyanın bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

44 günlük Vətən müharibəsində Ermənistanın kapitulyasiyasından sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, separatçı qüvvələr, Ermənistanın qeyri-qanuni silahlı dəstələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin Ermənistan öz öhdəliklərini yerinə yetirmək əvəzinə qeyri-qanuni silahlı qüvvələrin təchizatını artırır, separatçılara dəstək verir.

Digər tərəfdən isə, Ermənistan Azərbaycanla şərti sərhədlərdə təxribatlara əl atır, canlı qüvvə və hərbi texnika toplamaqla yeni böyük təxribatlara zəmin yaradır. Görünən odur ki, Ermənistan sülh istəmir, sülh danışıqlarında iştirak etdiyini imitasiya edərək yeni böyük hərbi təxribatlara hazırlaşır”, - deyə deputat bildirib.

A.Hüseynov qeyd edib ki, Azərbaycan regionda davamlı sülhün yaradılmasının tərəfdarıdır və bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, sülh müqaviləsinin imzalanması təşəbbüsünu irəli sürüb və bununla bağlı prinsipləri Ermənistan tərəfinə təqdim edib.

“Ermənistan sözdə başqa, əməldə tamamilə başqa addım atır. Bu bir daha Ermənistanın əsl mahiyyətini, baş nazir Nikol Paşinyanın riyakarlığını və ikiüzlülüyünü göstərir. Vəziyyətin bu həddə çatmasında Ermənistanın havadarlarının da əli var. Onlar bu yolla Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Ancaq onların bu cəhdləri iflasa məhkumdur və Azərbaycan öz qətiyyətli və haqlı mövqeyindən heç zaman geri çəkilməyəcək. Əgər Ermənistan hər hansı təxribata yol verərsə, qüdrətli ordumuzun layiqli cavabı ilə üzləşəcək və özünü daha çətin duruma salacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti