...

İtin üzərinə partlayıcı bağlamaq ermənilərin əsl xislətini ortaya qoyur - Nailə İsmayılova

Siyasət Materials 12 Sentyabr 2023 15:15 (UTC +04:00)
İtin üzərinə partlayıcı bağlamaq ermənilərin əsl xislətini ortaya qoyur - Nailə İsmayılova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycana, azərbaycanlılara qarşı ən sonuncu hərəkətlərə əl atır. İtin üzərinə partlayıcı bağlayaraq Azərbaycan tərəfinə göndərmək ermənilərin əsl xislətini ortaya qoyur.

Bunu Trend-ə "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

O bildirib ki, ermənilər Azərbaycan xalqına qarşı müxtəlif terror vasitələrinə əl atır.

"Bundan əvvəl də ermənilər Azərbaycan xalqına qarşı insanlığa sığmayan terror əməllərinə əl atıb. 1994 və 2011-ci illərdə oyuncaqların içinə partlayıcı qoyaraq, çay yolu ilə bizim tərəfə göndərmişdilər və bu partlayıcı qurğunun partlaması nəticəsində bir neçə uşaq həyatını itirmiş və ya ağır yaralanmışdı. Ermənilərin bu əməlləri insanlığa qarşı cinayətdir", - deyə N.İsmayılova əlavə edib.

O əlavə edib ki, təəssüflər olsun ki, heyvanları müdafiə edən beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı səslərini çıxarmırlar.

"Hansısa bir ölkədə kimsə küçədə bir heyvana qarşı xoşagəlməz hərəkət edəndə bütün heyvanları müdafiə edən beynəlxalq təşkilatlar ayağa qalxırlar, amma ermənilərin bu hərəkətinə susurlar", - deyə o əlavə edib.

Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.

Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq, mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldəqayırma partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti