...

Qarabağda yaşayan ermənilər Azərbaycan xalqının bir üzvü kimi sərbəst və azad yaşaya bilər - "Azərbaycan-Avar” İB sədri

Siyasət Materials 14 Sentyabr 2023 16:00 (UTC +04:00)
Qarabağda yaşayan ermənilər Azərbaycan xalqının bir üzvü kimi sərbəst və azad yaşaya bilər - "Azərbaycan-Avar” İB sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ bölgəsinin erməni sakinləri Azərbaycanda yaşayan digər etnik qruplar kimi sərbəst, azad, xoşbəxt, sülh içərisində yaşamaq istəyirlərsə, bir neçə şərtə əməl etməlidir.

Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan-Avar” İctimai Birliyinin sədri Məhəmməd Nooyev deyib.

"İlk növbədə Xankəndidəki qanunsuz erməni birləşmələri tərkisilah edilməlidir. Qarabağda boz zonanın olması qəbuledilməz və dözülməzdir. Ağdam-Xankəndi yolu daim açıq olmalıdır. Qarabağda yaşayan erməni sakinlərinə müraciət edirik ki, onlar da bizim kimi sərbəst, azad, sülh içərisində yaşaya bilər. Bunun üçün onlar Azərbaycan bayrağı altında, Azərbaycan qanunları ilə yaşamağa hazır olmalıdır", - deyə M.Nooyev vurğulayıb.

O əlavə edib ki, Azərbaycan multikultural bütün etnik və dini qrupların ailə kimi yaşadığı bir ölkədir.

"Biz də avar xalqı olaraq uzun illərdir bu torpaqda digər xalqlarla birlik və bərabərlik içərisində yaşayırıq. Qarabağda yaşayan ermənilərdə bu şərtləri qəbul edərək Azərbaycan xalqının bir üzvü kimi bu birlik içərisində sərbəst və azad yaşaya bilər", - deyə M. Nooyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti