...

Qarabağ ermənilərinin reinteqrasiya prosesinə maneələr aradan götürüldü - Təmaslar faydalı ola bilər

Siyasət Materials 22 Sentyabr 2023 10:56 (UTC +04:00)
Qarabağ ermənilərinin reinteqrasiya prosesinə maneələr aradan götürüldü - Təmaslar faydalı ola bilər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda yaşayan erməni əhalinin reinteqrasiya prosesinə əsas maneəni separatçılar törədirdi.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlqar Vəlizadə deyib.

"Onlar maneçilik törədirdi və dialoq baş tutmurdu. Separatçı qruplar yerli əhalini terror altında saxlayırdı. Onlara Azərbaycanla təmasa müxtəlif əngəllər yaradır, eyni zamanda, bəzi cəhdlərin də qarşısını alırdılar. İndi həmin əngəllər aradan götürülüb və təmaslar daha faydalı ola bilər. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi həyata keçirilə bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti