...

Azərbaycan mərkəzi hakimiyyətinin Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü olacaq

Siyasət Materials 28 Sentyabr 2023 15:07 (UTC +04:00)
görüşü olacaq
Azərbaycan mərkəzi hakimiyyətinin Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü olacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ramin Məmmədovun Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü olacaq.

Trend xəbər verir ki, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü dəqiq tarixi hələ məlum deyil.

Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Daha öncə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti