...

Makronun Qafqaz yürüşü: sonu məğlubiyyətli “hücum”

Siyasət Analytics 2 Oktyabr 2023 10:58 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Fransanın Cənubi Qafqazdakı yeni taktikası əvvəlki strategiyadan heç nə ilə fərqlənməyərək yalan, hədyan, təhdid və absurd ittihamlar üzərində qurulub

Fransa parlamentində Azərbaycana qarşı total qərəz, subyektivizm və sadə dillə desək, düşmənçilik hökm sürür.

Azərbaycan-Fransa dostluq qrupunun sədri Pyer Vatenin vəzifəsindən istefa verməsi və qrupun fəaliyyətini dayandırması barədə açıqlaması təsadüf, yaxud gözlənilməzlik deyil.

Vatenin sözoərinə görə, qrup Azərbaycanın Milli Məclisindəki Azərbaycan-Fransa dostluq qrupu ilə də bütün təmasları dayandırır.

Fransa Respublikaçılar Partiyasının 53 yaşlı funksionerinin bəyanatı açıq demarş kimi dəyərləndirilməlidir.

Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinə könüllü şəkildə, birtərəfli qaydada son verməsi rəsmi Bakıya nə vəd edir, perspektivdə nələr ola bilər və ümumiyyətlə, yaranmış situasiyada Azərbaycan nə etməlidir?

Rəsmi Paris Ermənistanı tam dəstəklədiyini bəyan edir. Fransanın müdafiə naziri Sebastyan Lekornü isə bəyan edib ki, Ermənistanın hərbi-müdafiə potensialının gücləndirilməsi üçün Paris bütün zəruri tədbirləri görməyə çalışacaq.

Bu arada bəlli olub ki, Fransa Ermənistana 50 “VAB MKZ” zirehli maşını verəcək. Ermənilər Fransadan habelə, “ACMAT Bastion” və “Sherpa” zirehli maşınları da alacaqlar. Bir qədər əvvəl isə Fransa ermənilərə reaktiv yaylım atəşi sistemləri, haubitsalar və zirehli transportyorların tədarükü ilə bağlı Ermənistanla anlaşma imzalamışdı.

Cənubi Qafqaz bölgəsində Türkiyənin və İsrailin təsir imkanlarını azaltmaq, Rusiyanın Ermənistandakı dayaqlarını bütünlüklə sarsıtmaq, regionla geostrateji güc olmağa çalışan rəsmi Paris ən çeşidli manipulyasiyalara əl atır, Bakıya təzyiq göstərməyə çalışır.

Nəzərə alsaq ki, Fransanın Ermənistandakı səfirliyi bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın oktyabrın 3-də Ermənistana gələcəyini bildirib - Parislə İrəvan arasındakıə əlaqələr sadəcə diplomatiya, siyasət və ya hərbi əməkdaşlıq sahələrində yox, həm də perspektiv geosiyasi planlaşdırma sahələrində də inkişaf etdirilir.

Konstruksiya qüsurludur və uzunmüddətli deyil: Parisin məqsədi Rusiyanı Ermənistanldan sıxışdırıb çıxarmaq, Moskvanı İrəvana təsir imkanlarından məhrum etmək, müxtəlfi vədlərlə və illüzor bəyanatlarla ermənilərin daxili siyasət müstəvisində əsas ümid yerlərindən birinə çevrilmək, daha sonra Ermənistanın xarici siyasətində dəyişikliklər etməyə imkan verəcək rıçaqlara yiyələnməkdir.

Ermənilərdən vasitə qismində istifadə edilməsi nəzərdə tutulan ssenarinin hədəfi Azərbaycandır. Güclü, bölgədə yeni geosiyasi reallıqlar formalaşdırmış, işğaldakı torpaqlarını azad etmiş və qarabağlı erməni separatizmi problemini həll edərək ərazisindəki “boz zona”lar probleminə son qoymuş Azərbaycan təbii ki, neoimper və neomüstəmləkə siyasəti yürütməyə çalışan Fransanın bölgədəki merkantil maraqlarına problem sayılır.

Azərbaycan ərazi,iqtisadi-sənaye potensialı, hərbi güc, maliyyə qüdrəti, ümumiyyətlə, bütün göstəricilər baxımından Fransa ilə bərabər səviyyədə olmasa da, qlobal geosiyasətdə Parislə rəqabət aparmaq imkanlarına malik olmasa da, Cənubi Qafqazda Fransa prezidenti Emmanuel Makronun absurd təsir ssenarilərini zəiflətmək və puç etmək gücünə malikdir.

Fransanın siyasi elitalarını sinirləndirən ilk məqam budur.

Digər məqam isə Fransanın siyasi isteblişmentinin nümayəndələrinin Ermənistana səfərlərinin intensivliyinin artması, fransalı siyasətçilərlə dövlət mənsublarının ermənilərə tam dəstək məzmunlu bəyanatlarında ölkəmihzə qarşı aqressiv ritorikanın güclənməsi, ermənilərə siyasi və hərbi dəstəyin gücləndirilməsi, beynəlxalq təşkilatlarda İrəvana yardım aksiyalarının çoxalması və sonda da Fransa parlamentindəki dostluq qrupunun ləğvinin Azərbaycana təzyiq kampaniyası çərçivəsində gerçəkləşdirilən əməllər olmasıdır.

Parisin yanıldığı, daha doğrusu, çox ciddi səhvə yol verdiyi bir məqam var: Azərbaycanın bütün siyasəti, addımları, qərarları və həyata keçirdiyi əməliyyatları beynəlxalq hüquq çərçivəsindədir.

Fransanın prezidentindən tutmuş, hansısa əyalət şəhərinin merinədək istənilən şəxsin Azərbaycanla bağlı hədyanları, ermənilərə dəstək bəyanatları sadəcə açıqlamalar, bu və digər şəxsin, yaxın qurumun fikirləri, mövqeyidir.

Onları olduğundan ciddi qəbul etməyəç dəyməz, çünki Emmanuel Makron, Katrin Kolonnna, habelə ermənipərəst siyasətçilər, senatorlar və deputatlar gözəl anlayırlar ki, rəsmi Bakıya qarşı sanksiyalar, cəzalar, embarqolar tətbiq etmək mümkün deyil.

Bakı beynəlxalq hüququn norma və prinsiplərinə tam əməl edirsə, istənilən məhdudlaşdırma, sanksiyalar bilavasitə qlobal hüququn preambulasında duran şərtlərlə qaydalara, prinsiplərlə təməllərə ağır zərbə olacaq.

Separatizmin dəstəklənməsi ilə geosiyasi mənfəət əldə etmək istəyən Fransanın siyasi elitaları son onilliklərdə bəlkə də ən ciddi səhvə yol verərək Parislə yanaşı, Qərb üçün gələcəkdə olduqca ciddi problemlər yarada biləcək zəmin hazırlayırlar.

Emmanuel Makronun çılğın, isterik və bəzən marazmatik ermənipərəstliyi bütün məntiq hədlərini keçdikcə dünyanın böyük ölkələrindən biri, qlobal siyasətdə önəmli yer tutan Frasnanın xarici siyasətindəki sərsəm çırpıntılar təbii ki, presedent sayıla bilər.

Bundan sonra böyük və kiçik dövlətlər dünya düzəninin kövrək əsaslarını təşkil edən beynəlxalq hüquqla qlobal konstruksiyaları hədəfə alaraq istənilən zaman istənilən yerdəki separatizmə qahmar çıxaraq bunu mövcud siyasi durumdakı praqmatik siyasət, rasional davranış adlandıra bilərlər.

Fransa belə sərsəm siyasətini davam etdirərsə, adlandıracaqlar da və uduzan ilk əvvəl Paris, sonra isə Qərb olacaq.

Çünki elə Avropa İttifaqına üzv ölkələrin çox az sayda dövlətlər istisna olmaqla hamısında separatçılıq məkanları və ayrılıb müstəqil olma idefiksini gündəmdə saxlamağa çalışan qüvvələr var.

İspaniya, Portuqaliya, Fransa, İtaliya, Polşa, Yunanıstan və s. - bu ölkələrin hamısında təmərküzləşmiş şəkildə fəaliyyət göstərən separatçı təşkilatlar və qruplar mövcuddur.

Azərbaycana gəldikdə isə, Emmanuel Makron administrasiyasının və Fransanın indiki hakimiyyət isteblişmentinin siyasəti bizim üçün birmənalı olaraq mənfi səciyyəlidir.

Parislə Bakı arasındakı münasibətlərin indiki arzuolunmaz həddə çatmasının, əlaqələrin pisləşməsinin və təmasların passivləşməsinin səbəbkarı bilavasitə Fransadır. Bu isə Avropa İttifaqının digər ölkələri, xüsusilə də Almaniya və ya Macarıstanla əlaqələrimizin sürətli inkişafı üçün təkan rolunu oynaya bilər.

Məhz bu səbəbdən Fransaya adekvat reaksiya qismində rəsmi Parislə təmasları almanlar, yaxud macarlar vasitəsilə reallaşdıra bilərik.

Belədə Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olmasında, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasında maraqlı olan dövlətlərlə təşkilatlar Bakı ilə yüksək səviyyəli, ən əsası məhsuldar münasibətlər üçün regional proseslərdə Fransadan uzaq durmağın sərfəli olduğunu anlayacaqlar.

Emmanuel Makronun Cənubi Qafqazda ciddi və önəmli rola yiyələnmək cəhdlərindən ibarət siyasi hücumları ilk mərhələdən perspektivsiz, məğlubiyyətə məhkum davranışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti