...

Ərdoğan BMT-nin baş katibi ilə İsrail-Fələstin münaqişəsini müzakirə edib

Siyasət Materials 10 Oktyabr 2023 22:43 (UTC +04:00)
Ərdoğan BMT-nin baş katibi ilə İsrail-Fələstin münaqişəsini müzakirə edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb/

Görüş zamanı İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımlar müzakirə edilib. Türkiyənin vasitəçilik səyləri ilə bölgənin mülki əhalisinə humanitar yardımın çatdırılması üçün görülə biləcək tədbirlər barədə də fikir mübadiləsi aparılıb.

R.T.Ərdoğan qeyd edib ki, tərəflərin təmkinli davranması və impulsiv addımlardan qaçması çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti