...

Yaxın Şərq Makronun sırıdığı təkliflərə uyacaqmı? - ŞƏRH

Siyasət Materials 28 Oktyabr 2023 10:27 (UTC +04:00)
Yaxın Şərq Makronun sırıdığı təkliflərə uyacaqmı? - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə, Ukraynada baş verən dəhşətli hadisələr, əlbəttə ki, müxtəlif oyunçuların diqqətini cəlb edir.

Bu barədə Trend-in suallarını cavablayarkən politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, bir çox ölkələr bu münaqişələrin dayandırılmasına cəhd göstərir, müxtəlif təşəbbüslərlə çıxış edirlər.

"Digər ölkə başçıları isə, təəssüflər olsun ki, öz şəxsi ambisiyalarından geri çəkilmirlər. Müxtəlif geosiyasi layihələr həyata keçirmək niyyətində olduqlarını büruzə verirlər. Təəsüflər olsun ki, beləliklə, regional və dünya təhlükəsizliyini sual altında qoymuş olurlar. Onsuz da beynəlxalq təhlükəsizlik sistemi iflic vəziyyətindədir. "Liderlər" bu vəziyyəti daha da mürəkkəbləşdirirlər. Nəticədə isə problemlər, konfliktlər, böhranlar dərinləşir",- deyə politoloq bildirib.

İ.Vəlizadə vurğulayıb ki, Makron son illərdə əlindən gələni edib ki, Cənubi Qafqazda münaqişə sönməsin, sülh yaranmasın, əksinə, daha da alovlansın.

"Makron yalnız Cənubi Qafqazda yox, eyni zamanda, Qərbi Afrikada, Yaxın Şərqdə öz yarıtmaz siyasəti ilə tanınır. Ona görə yenə Yaxın Şərqdəki münaqişə fonunda peyda olması təəccüblü deyil. Heç kəsə lazım olmayan təkliflərini region ölkələrinə sırımaq istəyir. Məsuliyyətsiz siyasətçilərin addımları münaqişələri dərinləşdirir. Düşünürəm ki, region ölkələri kifayət qədər müdrik davranıb, Makronun Yaxın Şərqlə bağlı təkliflərinə uymayacaqlar. Hamı çox gözəl bilir ki, bu təkliflərin ardında real və konstruktiv heç nə yoxdur.

Ümid etmək olar ki, Makron nə vaxtsa öz ölkəsinin problemləri ilə məşğul olacaq. Yeri gəlmişkən, bunu Fransa siyasətçiləri belə deyir ki, ölkələrində yetəri qədər problem var. Başqalarının problemləri ilə məşğul olmaqla yalnız öz ölkəsinin nüfuzunu aşağı endirmiş olur və Fransının xarici siyasətinə ləkə gətirir", - deyə İ.Vəlizadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti