...

Qərb Azərbaycanla Ermənistan arasında nizamlanmada Rusiyanın rolunun səhv olduğu qənaətinə gəlib - Rusiya XİN rəhbəri

Siyasət Materials 24 Yanvar 2024 21:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərb Rusiyanın Azərbaycanla Ermənistan arasında nizamlanmada oynadığı rolun yanlış olduğu qənaətinə gəlib və onları Brüsselə “aldadaraq gətirməyə” çalışır.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov.

S.Lavrov vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin şəxsi müdaxiləsi 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılmasında, eləcə də Ermənistan, Azərbaycan və Rusiya arasında bir sıra üçtərəfli sənədlərin razılaşdırılmasında mühüm rol oynayıb. Nazir bildirib ki, bu sənədlərdə sərhədlər, ticarət və nəqliyyat yolları və sülh müqaviləsinin bağlanması məsələləri də daxil olmaqla, nizamlanmasının əsas parametrləri müəyyən edilib.

O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Qərb tərəfdaşları əldə olunmuş razılaşmalara baxmayaraq, nədənsə Rusiyanın bu kontekstdə yanlış hərəkət etdiyini düşünür, erməniləri və azərbaycanlıları Brüssel, Paris, Vaşinqton və Praqa kimi digər şəhərlərdə danışıqlara çağırmağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti