Bakı. Trend:
"Vuambuşu"... Maore dilində "nəzarətə almaq" mənasını verən bu kəlmə indi "Maore" və ya "Qrand Terr" kimi də tanınan Mayotta adasındakı yerli sakinlərin dilində düşmür.
Fransanın neomüstəmləkə siyasətinin yerli təzahürü olan ada administrasiyası artıq ifrat dərəcədə aqressivləşərək yerli insanlara faktiki olaraq, divan tutmağa başlayıb.
İşğaldakı ada
Hind okeanda, Qəmər arxipelaqındakı adalardan biri olan Mayotta Fransanın Dənizötəsi Ərazilər Departamentinə daxil olan ən böyük adadır. Sözügedən departament Fransanın işğal altında saxladığı müstəmləkələr olduğundan rəsmi Paris çox "sivil" şəkildə "Dənizötəsi ərazilər" adlandırır.
Qəmər Adaları İttifaqının tərkib hissəsi olan Mayottanı Paris əldə vermək istəmir və bu məkanı "Fransız Mayottası" adlandırır.
Halbuki BMT-nin Baş Assambleyası adanı Qəmər ərazisi kimi tanıyıb.
188422 sakini olan adada Mayotta bölgəsində yaşayan pnsanların təqribən 89 faizi ömür sürür.
Onların total əksəriyyəti qəmərlilə və maorelilərdir.
Yerli sakinlər Mayottanı "fransız işğalındakı ada" adlandırırlar.
Daxmalar yerlə yeksan olunur
Fransanın müstəmləkə administrasiyası adanın etnik-demoqrafik düzəninin süni şəkildə, zorla dəyişdirilməsinə yönəlmiş addımları davma etdirir.
Proses ötən ilin sonlarında başlanıb. Adanın fransız administrasiyası "qanunsuz miqrantların ərazidən çıxarılması" adı ilə qəmərli köçkünlərin daldalanmaq üçün inşa etdikləri daxmaları buldozerlərlə sökürlər.
"Dənizötəsi Departament"in ən yoxsul, ən çox istismar edilən və "mərkəz"dən ən az büdcə ayrılan ərazisi olan Mayotta adasında aparılan bu işlər kütləvi ədalətsizlik, total qanun pozuntuları, insan haqlarının heçə sayılması ilə mühayiət olunur.
"Bidonvil" adlandırılan, yastı-yapalaq daxmaların cəmləşərək bir-birinə sığındığı məkanda yaşayanların hamısı Mayotta ilə qonşu adalardan gəlmiş qəmərlilər deyillər. Onların arasında yoxsul, fransızların səfalətə düçar etmiş yerli sakinlər də az deyil.
Adanın paytaxtı Mamudzudan şimaldakı "Talus 2" bidonvili indi yerlə yeksan olunur. Burada illərdən bəri yaşayan qəməlilərə qarşı 200 polisdən və hərbi polisdən istifadə edilib. "Talus 2"nin sakinləri daxmalarının sökülməsinə etiraz edəndə onlar vəhşicəsinə döyülüb. Polis, jandarmeriya və hərbi polislər sakinlərə qarşı rezin dəyənəklərdən, gözyaşardıcı qazdan istifadə ediblər.
"Talus 2"nin sakinlərindən biri Fatimə Yusif deyir: "2001-ci ildən fasiləsiz işləyirəm, müxtəlif yerlərdə çalışmışam. 7 övladım var. Onları böytmək üçün gecəmi gündüzə qatmışam. İşləyirəm, bütün vergiləri, ödənihləri ödəyirəm. Amma gəldilər, daxmamı başıma uçurdular. Sanki insan deyiləm, hüquqlarım yoxdur, heç kiməm. Axı öaşqaları kimi, mən də işləyirəm, vergiləri ödəyirəm".
Prefekturadan verilən məlumatlara görə, "Talus 2"nin sakinləri, sən demə, "könüllü şəkildə başqa rayonlarda məskunlaşmağa qərar veriblər".
Fransanın daxili iişlər naziri Jerald Darmanenin baş verənlərə reaksiyası prezident Emmanuel Makronun yürütdüyü siyasət çərçivəsində olub.
"Siyasi iradənin mövcudluğu öz bəhəsini verməyə başlayır", - J.Darmanen Twitter-dəki mikrobloqunda yazıb.
Makronun nifrət etdiyi ada
Qəmərlilərin dediklərinə görə, Fransa prezidenti Emmanuel Makron onlara və yaşadıqlara adaya nifrət edir.
"Belə olmasaydı, heç olmasa su problemini həll edərdilər", - Mayotta sakinləri söyləyirlər.
Adada içməli su təminatı ilə bağlı problem fəlakət həddindədir. Həftədə sadəcə, bir gün evlərdəki krantlardan su gəlir. Amma adadakı qəmərlilərə su olmasa da, ayın sonunda sudan istifadə ilə bağlı ödənişlər daim gəlir.
Problem sadəcə, içməli su ilə bağlı deyil.
Mayotta adasındakı bütün məktəbədər həftədə yalnız 2 gün işləyir. Müəllimlərin dediklərinə görə, belə şəraitdə tədris proqramını yerinə yetirmək mümkün deyil.
Bütün bunlarla yanaşı, adada yoluxucu xəstəliklər, xüsusilə ishal, qıxılca, tropik qızdırma və s. sürətlə yayılır.
Etiraz edən döyülür, təhqir olunur, həbs edilir, güllələnir
Qəmər adalarında Fransanın neomüstəmləkə administrasiyasının yerli sakinlərin etiraz aksiyalarını qarşısını almaq üçün əl atdığı addımlar izafi qəddarlığı ilə seçilir. Belə ki, Qəmər adalarındakı aksiyalara qatılanlar arasında 25 nəfərin yaralandığı, bir nəfərin həlak olduğu vurğulanır. 21 yaşlı gənc aldığı güllə yarasından sonra Moroniya şəhərindəki "Əl Məəruf" xəstəxanasına aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.
"Netblocks" qlobal internet-monitorinq qrupunun yaydığı hesabatda vurğulanır ki, Fransanın Dənizötəsi Ərazilər Departamentinin əməkdaşları "etiraz edən və ictimai asayişlə sabitliyi pozan şəxslərlə çox sərt davranmağı" yerli strukturlara tapşırıblar.
Fransa mediası isə baş verənləri "kütləvi iğtişaş yaratmaq istəyənlərin quldurluq və barbarlıq niyyətləri" kimi qələmə verir.
Məsələn, "France 24" telekanalı paytaxt Moroniya küçələrində atəşə tutulmuş nümayişçiləri "sabiq nazirin evini qarət edib yandırmaq istəyən cinayətkar elementlər" kimi təqdim edib.
Qəmər adalarının paytaxtında və böyuk şəhərlərində komendant saatı tətbiq edilib, fövqəladə vəziyyət elan olunub.
Bütün bunlar rəsmi Parisin göstərişi və təlimatı ilə edilib.
Halbuki Fransanın müstəmləkəsi saydığı Qəmər adaları İttifaqının Mayotta adasında yerli sakinlər yanvarın 22-dən bəri kütləvi etiraz aksiyaları keçirir, rəsmi Parisin immiqrasiya siyasətinə qarşı çıxırlar.
Onlar Mayotta adasındakı fəlakətli durumdan şikayətlənir, Fransanın hakimiyyət dairələrini adadakı demoqrafik vəziyyəti süni şəkildə dəyişmək, maoreləri irqi zəmində təzyiqlərə məruz qoymaqda suçlayırlar.
Həyatın dayandığı ada
Adanın digər yerlərində yol blokadaları çoxalıb, bu miqrasiyaya qarşı mübarizə aparan "Vətəndaşlar Kollektivinin Mayotta 2018" qrupunun təşəbbüsü ilə baş verib. “Məcburi köçkünlər qanunsuz olaraq futbol stadionunu tuturlar. Bu yer immiqrantlarla məhəllə gənclərinin arasında toqquşmaların döyüş səhnəsinə çevrilib. Əhali qəzəblidir və biz illərdir ki, vəziyyətin pisləşməsinə yol veririk”, deyə qrupun rəhbəri Safina Sula üsyan edir.
Bir neçə aydır ki, Afrikanın Böyük Göllər bölgəsindən sığınacaq axtaranlar Mamudzu şəhərindəki Kavani stadionunun yaxınlığında məskunlaşıblar. Onların get-gedə artan sayı, bu gərginliyi daha da qızışdırır. "Bu səbr kasasının daşdıran son damla idi, Mayotta artıq Qəmər adalarından olan böyük immiqrasiya ilə üzləşir. Ada dolub daşır, biz qaçqınları hara yerləşdirəcəyimizi bilmədiyimiz halda necə qəbul edə bilərik?" – deyə, İsmayıl Şakrina Şikoni bildirib.
"Solidarite Mayott" assosiasiyasının direktor müavini Jil Fokodun sözlərinə görə, ilk qaçqınların gəlişi 2022-ci ilin əvvəlinə təsadüf edir.
Fransa daxili İşlər naziri tərəfindən vəd edilən bu müvəqqəti düşərgənin sökülməsinə yanvarın 25-də başlanılıb. "İlk 40 qaçqın 29 yanvarda Fransaya çatmaq üçün yola düşdü", - Mayotta prefekturasının (DİN-in yerlərdəki qanuni nümayəndəsi) rəhbəri Tyeri Suqe deyib. Lakin etirazçıları bu cavab qane etmir. "Forces Vives de Mayotte" hərəkətının iştirakçıları xüsusilə Mayotte şəhərində yaşayış icazəsi olan Fransaya səyahət etməsinə mane olan ərazidə qalma müddətinin dayandırılmasını tələb edir.
Adada həyat sanki dayanıb. Şikoni yaxınlığında yerləşən Sada kommunasında düanların çoxu bağlanıb. Yeganə nisbətən orta böyüklükdə olan "Doukabe" supermarketinin rəfləridə isə boşluqdur: yalnız bir ovuc konserv və bir neçə qəhvə kapsulu var.
... Fransanın yürütdüyü neokolonializm siyasəti bir an belə səngimədən, davam edir. Qəmər adaları, xüsusilə də Mayotta adası Parisin müstəmləkəçi azğınlığının və hüquqa selektiv yanaşaraq yerli sakinləri "üçüncü dərəcəli şəxslər" zesab etməsinin qurbanlarıdır.