...

Fikrət Məmmədov Milli Məclisdə and içdi

Siyasət Materials 23 Fevral 2024 11:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiya Məhkəməsinin hakimi təyin edilən Fikrət Məmmədov Milli Məclisdə and içib.

Trend-in məlumatına görə, Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və təsdiq edilib.

Məsələ təsdiq edildikdən sonra F.Məmmədov çıxış edib. O, bu vəzifəyə namizədliyinin irəli sürdüyünə görə Prezident İlham Əliyevə təşəkkür edib. F.Məmmədov vəzifəsini layiqincə yerinə yetirəcəyinə and içib.

Xəbər lenti

Xəbər lenti