...

Böyük Britaniya səfiri Xocalı faciəsi ilə bağlı paylaşım edib (FOTO)

Siyasət Materials 26 Fevral 2024 09:40 (UTC +04:00)
Böyük Britaniya səfiri Xocalı faciəsi ilə bağlı paylaşım edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabında qeyd edib.

"Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm. Allah rəhmət eləsin!", - o bildirib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti