...

Ermənistan Ordusunun Baş Qərargah rəisi özlərini İFŞA ETDİ - Müharibə?

Siyasət Materials 5 Mart 2024 11:55 (UTC +04:00)
Ermənistan Ordusunun Baş Qərargah rəisi özlərini İFŞA ETDİ - Müharibə?
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi İrəvanın guya Azərbaycanın müharibəyə hazırlaşması ilə bağlı uydurma iddiaları elə özləri tərəfindən təkzib edilib.

Trend xəbər verir ki, bunu Ermənistan Ordusunun Baş Qərargah rəisi general-mayor Edvard Asryanın son açıqlaması deməyə əsas verir.

"Şərti sərhəddə Azərbaycan ordusunun heç bir cəmləşməsi müşahidə olunmur. Vəziyyət stabildir", - deyən Edvard Asryan bununla da dünya ictimaiyyətinə Azərbaycanın müharibə hazırlığı gördüyü ilə bağlı əsassız iddialar səsləndirən Ermənistan rəsmilərinin bu fikirlərinin tamamilə yalan olduğunu özü də bilmədən nümayiş etdirib.

Lakin dönüb proseslərə nəzər saldıqda əslində kimin ciddi-ciddi müharibə hazırlığına başladığını görmək olar. Qərbin bəzi ermənipərəst dairələrinin Cənubi Qafqazı yenidən qan çanağına döndərmək istiqamətində canfəşanlıq göstərdiyi aydın sezilir. Ermənistan baş naziri Nikol Paşinyanın son keçirdiyi görüşlərə, edilən qarşılıqlı səfərlərə (21 fevralda Parisə səfər etdi, 22 fevralda Lekornu İrəvana gəldi, 27 fevralda Nikol Afinaya uçdu, dünən yunan nazir Nikos Dendias İrəvanda Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi) diqqət yetirəndə İrəvanın müharibə hazırlığı gördüyünə bir daha əmin olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti