Bakı. Trend:
Parçalanan dünyanın bərpasına birgə töhfə verməliyik.
Trend xəbər verir ki, Albaniya Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“Avropadakı böhranlar artıq qapımızdadır. Təhlükəsizlik siyasətlərimizi birləşdirməliyik. Albaniya bir sıra geosiyasi maraqların birləşdiyi nöqtədə yerləşir. Lakin biz əməkdaşlıq ölkəsiyik.
Biz regional təhlükəsizliyə sadiqik. Öz üzərimizə düşən rolu oynamağa hazırıq. Dünyada parçalanma nəinki, dövlətlər arasında, hətta dövlət daxilində gedir. Vaxt artıq yetişib. Biz dialoq və əməkdaşlıq içərsində irəliləməliyik. Dayanıqlı inkişafı və sülhü təşviq etməliyik.”,- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.