...

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib (FOTO)

Siyasət Materials 23 May 2024 23:43 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti