...

Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır - ŞƏRH

Siyasət Materials 18 Sentyabr 2024 16:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın sürətli şəkildə silahlandırılması bölgədə təhlükəli vəziyyət yaradır.

Bunu Trend-ə açıqlamasında siyasi təhlilçi Turab Rzayev deyib.

O bildirib ki, bunu onlara hamilik edən Qərb dövlətləri başa düşməlidirlər.

"Əks halda bölgədə müharibə riski yüksəkdir. Bir tərəfdən Qərb dövlətləri - ABŞ, Avropa İttifaqı dövlətləri Brüssel formatında, Almaniya, Britaniya bölgədə sülhün olmasını istəyirlər. Açıq şəkildə sülh müqaviləsinin imzalanması üçün tərəflərə təzyiq edirlər. Digər tərəfdən, Ermənistanın silahlandırılması başadüşülən deyil. Burada ikili standartlar ortaya çıxır.

Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan da bildirir ki, sülhə çox yaxınıq. Ancaq Ermənistan Fransadan, Hindistandan, İordaniyadan və digər ölkələrdən də silah almağa, yeni ordu birlikləri formalaşdırmağa çalışır. Onların aldıqları silahların içində 44 günlük müharibədə zəif qaldıqları nöqtələri gücləndirmək üçün aldıqlarını görürük. Bütün bunlar bir-biri ilə paradoks təşkil edir".

Siyasi şərhçi Fuad Əlili Trend-ə açıqlamasında bildirib ki, bəzi Qərb dövlətlərini Ermənistan deyil, onun geosiyasi məqsədləri maraqlandırır.

"Ermənistanın himayədarları bir tərəfdən sülhdən dəm vurur, digər tərəfdən isə onları silahlandırır. Bununla da regionda vəziyyəti gərginləşdirməyə can atır. Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır. Ancaq Qərb Ermənistanın bu gün re­gional proseslərə təsir etmək və regi­ondakı geostrateji reallıqları dəyişmək imkanının olmadığını bilir. İrəvanı öz maraq dairəsinə daxil etməklə müxtəlif yardımlar edəcəyini vəd etməklə regional barışıq prosesini təhlükə altına atır", - deyə şərhçi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti