Bakı. Trend:
Prezident İlham Əliyev Afaq Məsuda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.