Bakı. Trend:
Bu gün doğma torpağımız – Cəbrayıla qayıtmaq bizim üçün böyük qayıdışdır.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Ruhiyyə Əliyeva deyib.
Onun sözlərinə görə, doğma yurduna qayıtdığı üçün sevincinin həddi-hüdudu yoxdur.
“Bu günümüz üçün biz ilk növbədə şəhidlərimizə borcluyuq. Onların hamısının ruhu qarşısında baş əyirik. Allah qazilərimizə cansağlığı versin.
Prezidentimiz var olsun ki, bizə bu günü yaşatdı. Biz bu günü səbirsizliklə gözləyirdik. 17 yaşında tərk etdiyim Cəbrayıla indi ailəmlə birlikdə qayıdıram”, - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.