...

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti uzadılıb - AMB

İqtisadiyyat Materials 16 Yanvar 2025 14:51 (UTC +04:00)
Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti uzadılıb - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnnovativ məhsulların Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti uzadılıb.

Bu barədə Trend-ə AMB-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərin qəbulu mərhələsi 2025-ci ilin fevral ayının 15-dək davam edəcək.

Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti