...

Britaniya Ukraynaya sülhməramlı qoşun göndərməyi planlaşdırır

Dünya xəbərləri Materials 16 Yanvar 2025 10:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Birləşmiş Krallığın (Britaniya) hökuməti Ukrayna münaqişəsinin nizamlanmasından sonra ölkəyə sülhməramlı qismində Britaniya qoşunlarının yerləşdirilməsi ilə bağlı aktiv müzakirələrə başlayıb.

Trend “Bloomberg”ə istinadən xəbər verir ki, britaniyalı baş nazir Kir Starmer bu məsələni yaxın zamanda Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə etməyi planlaşdırır.

“Böyük Britaniya hökuməti bunu ictimailəşdirmək istəməsə də, sülhməramlı qüvvələrin səfərbər olunması ilə bağlı intensiv müzakirələr aparır”, - deyə məlumatda deyilir.

Nəşr onu da qeyd edir ki, Britaniya hərbi kontingentinin Ukraynaya göndərilməsi məsələsi bu yaxınlarda Kiyevdə baş tutacağı gözlənilən Starmer-Zelenski görüşündə də müzakirə obyekti olacaq.

Bundan əvvəl “The Telegraph” nəşri Fransa prezidenti Emmanuel Makronun da öz qoşunlarını sülhməramlı qismində Ukraynaya göndərmək niyyətində olduğunu yazmışdı.

Xəbər lenti

Xəbər lenti