Bakı. Trend:
Macarıstan bu ildən Qırğızıstan və Özbəkistanla gömrük sahəsində əməkdaşlığa başlamağı planlaşdırır.
Trend xəbər verir ki, bunu Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının beynəlxalq münasibətlər şöbəsinin rəis müavini Juja Keçkeş Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclasının gedişində etdiyi çıxışda bildirib.
“Biz Qırğızıstanla gömrük əməkdaşlığı haqqında sazişlər bağlamışıq, onlar ötən il imzalanıblar, bu il isə onların gerçəkləşdirilməsi planlaşdırılır. Anoloji olaraq, iki il qabaq biz Özbəkistanla gömrük əməkdaşlığı haqda saziş imzalamışıq və bu ildən etibarən əməkdaşlığa başlamağı planlaşdırırıq”, -deyə Keçkeş bildirib