Bakı. Trend:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
"Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə keçirdiyimiz görüşdə ölkələrimizin iqtisadi münasibətlərinin gücləndirilməsi istiqamətində faydalı müzakirələr apardıq. Görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında" Anlaşma Memorandumu imzalandı. Sənədin icrası Azərbaycan və Latviyanın vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkilinə təkan verəcək", - deyə paylaşımda qeyd olunub.