Bakı. Trend:
Çoxdankı arzumuz budur ki, Allahın bizə verdiyi ömrü doğma yurdumuz Cəbrayılda davam etdirək.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Ramiz Vəliyev deyib.
Onun sözlərinə görə, 36 yaşında məcburi şəkildə tərk etdiyi Cəbrayıla 68 yaşında sevinə-sevinə qayıdır.
“Bundan sonra Cəbrayılın yenidən çiçəklənməsinə çalışacağıq ki, yurdumuzun abadlaşmasına, inkişaf etsməsinə köməklik edək.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Allah Prezidentimizi var eləsin. Bizim torpaqlarımızı işğaldan azad etdi və bizim yurdumuza qayıtmağımız üçün şərait yaradıb. Biz öz təşəkkürümüzü bildiririk”, - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.