Bakı. Trend:
“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrası ilə hədəflənən göstəricilər açıqlanıb.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.
Konsepsiyanın icrası nəticəsində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur:
1. Rəqəmsal iqtisadiyyatın inkişafı
- Qeyri-neft/qaz sektorunda rəqəmsal iqtisadiyyatın xüsusi
çəkisinin artırılması
- İKT sektorunun ümumi daxili məhsuldakı payının yüksəldilməsi.
2. Texnologiya tətbiqlərinin
genişləndirilməsi
- Bulud əsaslı həllərin tətbiqi
- Rəqəmsal məhsul və xidmətlərinin əhatə dairəsinin
genişləndirilməsi.
3. Rəqəmsallaşdırma proseslərinin
optimallaşdırılması
- Rəqəmsallaşdırmanın vahid arxitektura əsasında həyata
keçirilməsi
- Məlumatların idarə olunmasında müasir arxitektura yanaşmalarının
tətbiqi
- Dövlət xidmətlərinin sadələşdirilməsi və optimallaşdırılması.
4. İstifadəçiyönümlü rəqəmsal xidmətlər
- Pilot layihələr (regulatory sandbox) əsasında rəqəmsal
xidmətlərin təşkili
“Bir pəncərə” prinsipi ilə vətəndaşlara təqdim olunan rəqəmsal
dövlət xidmətlərinin genişləndirilməsi.
5. İnsan resurslarının inkişafı
- Rəqəmsal savadlılığın artırılması
Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı və mövcud
kadr potensialının təkmilləşdirilməsi.
6. Dövlət-vətəndaş əlaqələrinin
yaxşılaşdırılması
- Dövlət və özəl sektor arasında əməkdaşlıq üçün münbit şərait
yaradılması
- Vətəndaşlardan tələb olunan sənədlərin sayının azaldılması
- Dövlət xidmətlərinin keyfiyyətindən məmnunluğun və dövlətə inamın
artırılması.
Qeyd edilib ki, yuxarıda göstərilən istiqamətlər rəqəmsallaşdırma sahəsində müasir çağırışlara cavab verməklə yanaşı, ölkənin rəqəmsal inkişafını sürətləndirmək məqsədi daşıyır.